Azərbaycanın 4 aylıq taxıl ehtiyatı var.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Aqrar siyasət komitələrinin birgə iclasında Dövlət Ehtiyatlar Agentliyinin İdarə Heyətinin sədr müavini Hidayət Əzimov bildirib.
Onun sözlərinə görə, ölkənin taxıl ehtiyatı barədə normativ tədbirlər görülür: “Ərzaqlıq buğdanın dövlət ehtiyatı fonduna tədarükü istiqamətində iri taxıl tədarükçüləri, xaricilərlə müqavilələr bağlanılır”.