“Bu saziş imzalanarsa, münasibətlərimiz keyfiyyətcə yeni səviyyəyə yüksələcək və daha yaxşı nəticələr əldə ediləcək”
911.info.az xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko Bakıda keçirilən mətbuat konfransında deyib. Səfir saziş üzrə danışıqlar prosesinin davam etdiyini və daha bir mərhələnin aşıldığını vurğulayıb.
P.Mixalko bildirib ki, Azərbaycan məhsullarının 50 faizindən çoxu Avropa bazarlarına çıxarılır. Bu da Aİ ilə Azərbaycan arasında ticarət dövriyyəsinin rekord səviyyədə artdığının göstəricisidir.










