911.az.info Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, dekabrın 15-i saat 08:15-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Xocavənd rayonu istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub.
Qeyd olunan istiqamətlərdə Azərbaycan Ordusu tərəfindən adekvat cavab tədbirləri görülüb.