Ev Siyasət Beynəlxalq arenanın gözü yenidən Şuşada olacaq

Beynəlxalq arenanın gözü yenidən Şuşada olacaq

60

ŞuŞa yenidən beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olacaq. Belə ki, Türk Dövlətləri Təşkilatının diaspor sahəsinə cavabdeh olan nazirlərinin Şuşa və Bakıda iclası keçiriləcək.

Bu barədə Türk Dövlətləri Təşkilatı məlumat yayıb. Tədbirin 20-21 dekabrda təşkil olunacağı nəzərdə tutulur.

Xatırladaq ki, TDT-yə Azərbaycan, Türkiyə, Özbəkistan, Qırğızıstan, Qazaxıstan daxildir. Macarıstan, Türkmənistan və Şimali Kipr isə qurumun müşahidəçi üzvüdür.

Əvvəlki məqaləTürkiyədə çevik polis qüvvələrinə qarşı terror aktı baş verib
Növbəti məqalədəDİN və DSX birgə əməliyyat keçirdi