Ev Multimedia DİN və DSX birgə əməliyyat keçirdi

DİN və DSX birgə əməliyyat keçirdi

135

Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidmətinin əməkdaşları birgə əməliyyat keçirib. Əməliyyat tədbiri nəticəsində  çəkisi 9 kiloqramdan artıq narkotik vasitə və 3800 ədəd yüksək təsiredici xassəyə malik həb qanunsuz dövriyyədən çıxarılıb.  

Bu barədə 911.info.az Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən məlumat verir.

Məlumata əsasən, Salyan rayonu ərazisində keçirilən tədbir nəticəsində saxlanılan Sabirabad rayon sakini Rabil Əzimzadədən 28 qramdan artıq heroin aşkar olunub. Onun idarə etdiyi “Opel” markalı avtomobilə baxış zamanı isə oradan əlavə 3 kiloqram 65 qram marixuana, 3 kiloqram 905 qram tiryək, 2 kiloqram 115 qram heroin və 3800 ədəd metadon həbi aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Əvvəlki məqaləBeynəlxalq arenanın gözü yenidən Şuşada olacaq
Növbəti məqalədəOrdumuzun mövqeləri yenidən atəşə tutulub