Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyası artıq beş gündür davam edir.
Qarabağda baş verən ekoloji terror əleyhinə etiraz aksiyası keçirən azərbaycanlı aktivist və QHT nümayəndələri bu konteksdə şüarlar səsləndirirlər.
Xatırladaq ki, bu il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlılar monitorinqin həyata keçirilməsinə mane olublar.