Ev Hərbi Ordumuzun mövqeləri yenidən atəşə tutulub

Ordumuzun mövqeləri yenidən atəşə tutulub

69

Dekabrın 16-sı saat 23:35-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Nazirliyin məlumatında həmçinin qeyd olunur ki, dekabrın 17-si saat 09:05-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Laçın rayonunun Nağdalı yaşayış məntəqəsi yerləşən mövqeləri də atıcı silahlardan atəşə tutulub.

Qeyd olunan istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb

Əvvəlki məqaləDİN və DSX birgə əməliyyat keçirdi
Növbəti məqalədəİrakli Qaribaşvili: “Bugünkü saziş “yaşıl enerji” ilə bağlı sıx əməkdaşlığa hazır olduğumuzu təsdiqlədi”