Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev bölmələrin döyüş hazırlığının qəfil yoxlanılması məqsədilə Komando briqadaları və digər hərbi hissələrdə olub.
911.info.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Baş Qərargah rəisi komandirlərin qərar qəbuletmə və qüvvələrin tətbiqi üzrə praktiki vərdişlərinin təkmilləşdirilməsi, bölmələrin döyüş hazırlığını, döyüş növbətçiliyinin təşkili və aparılmasını yoxlayıb.
Baş Qərargah rəisi döyüş hazırlığı səviyyəsinin yüksəldilməsində əsas diqqətin təlim və məşqlərin planlı və sistematik keçirilməsi, habelə birlik, birləşmə və idarəetmə orqanlarının döyüş uzlaşmasının təmin olunması, hərbi qulluqçuların fərdi hazırlığı, döyüş heyətlərinin tapşırıqları dəqiq və vaxtında icra etməsinə yönəldilməsini tapşırıb.