“Rusiya ilə dialoqu və əməkdaşlığımızı genişləndirməyə davam edirik”.
Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Sputnik.ru”ya müsahibəsində deyib.
Onun sözlərinə görə, Ankara ilə Moskva arasındakı əlaqələr bütün sahələrdə inkişaf edir.
“Ticarətdən turizmə, enerjidən investisiya layihələrinə qədər bütün sahələrdə əlaqələrimizi davam etdiririk”, – deyə nazir əlavə edib.