Badam bağında qazıntlar zamanı qadın meyiti aşkar edilib.
Hadisə dekabrın 19-u Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən və “Azbadam” şirkətinə məxsus badam bağında qeydə alınıb. Ərazidə traktorla qazıntı işi aparılarkən sellofana bükülüb torpağa basdırılmış qadın meyiti aşkar edilib.
İlkin baxış zamanı meyit üzərində hər hansı xəsarət aşkar edilməyib.
Meyitin kimə məxsus olduğu, hansı şəraitdə öldüyü və ya öldürüldüyü məlum deyil.
Faktla bağlı araşdırmalar aparılır.