Ev Cəmiyyət Biləsuvarda bir nəfərin ölümü ilə nəticələnən yanğın hadisəsi baş verib

Biləsuvarda bir nəfərin ölümü ilə nəticələnən yanğın hadisəsi baş verib

44

Dekabrın 20-si Biləsuvar rayonunda yanğın hadisəsi baş verib.

911.info.az Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir ki, hadisə Biləsuvar şəhəri inzibati ərazi dairəsində baş verib. Belə ki, ümumi sahəsi 180 m² olan birmərtəbəli 4 otaqlı evin (tavanı qamış və lambirdən ibarət) otaqlarının yanar konstruksiyaları və ev əşyaları yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Evin dam örtüyü yanğından mühafizə olunub. Yanğın, yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Əvvəlki məqaləAzərbaycan və Türkiyə HHQ-nin nümayəndələri arasında qərargah danışıqları keçirilib
Növbəti məqalədəTürkiyə HHQ Yunanıstanın törətdiyi maneəni aradan qaldırdı