Ev Cəmiyyət Dövlət Qulluğu imtahanlarının şərtləri dəyişəcək

Dövlət Qulluğu imtahanlarının şərtləri dəyişəcək

52

Azərbaycanda dövlət qulluğu imtahanları ilə bağlı ciddi dəyişikliklər aparılır.

Bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Məsələ ilə əlaqədar strategiyanın təsdiqləndiyini bildirən DİM rəhbəri əlavə edib ki, bu strategiya çərçivəsində səriştə modelinə keçilməsi nəzərdə tutulur:

“Bizim ekspertlər və mütəxəssislər yeniliklərə hazır olmalıdır. Pilot layihələr əsasında yeni normativləri təqdim edəcəyik və bu addımı atarkən vətəndaş cəmiyyəti ilə dialoq quracağıq”.

M. Abbaszadə bildirib ki, dünya üzrə dövlət qulluğunda 58% insan işləyir: “Bizim ölkədə isə bu rəqəmlər dəqiq deyil. Düşünürük ki, bizim ölkədə də bu rəqəmlər bağlı araşdırmalar aparılmalıdır”.

Əvvəlki məqaləMDB-nin qeyri-rəsmi sammitinin vaxtı açıqlandı
Növbəti məqalədəSülhməramlıların təminat avtomobilləri Xankəndi yolundan maneəsiz keçib