Ev Cəmiyyət Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət etdi

Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət etdi

39

Baş Dövlət Yol Polisi İdarəsi hava şəraitinin dəyişməsindən dolayı avtomobil yollarındakı mövcud vəziyyətlə bağlı sürücülərə müraciət edib.

Müraciətdə bildirilir ki:

“Respublika ərazisində hökm sürən əlverişsiz hava şəraiti ilə bağlı hazırda ölkənin avtomobil yollarında, o cümlədən Muğanlı-İsmayıllı yolunun 40-cı kilometrliyində, Qaraməryəm-İsmayıllı-Şəki yolunun 28-62, 78-94 və 93-152-ci kilometrliklərində dumanlı və yağışlı, həmçinin Yevlax-Zaqatala-Gürcüstan yolunun 13-157-ci və Şəki-Qax yolunun 3-30-cu kilometrliklərində dumanlı hava müşahidə edilir.

Yolda məhdudiyyətli görünmə nişanların, nişanlama xətlərinin, ümumiyyətlə nizamlama vasitələrinin və digər hərəkət iştirakçılarının vaxtında və aydın görünməsinə maneə yaratdığı üçün sürücülər belə havalarda daha da diqqətli olmalı, sürət həddini hava şəraitinə uyğun seçməli, nəqliyyat vasitəsinin, xüsusilə xarici işıq cihazlarının sazlığına əmin olmalı, ötmə və manevretmə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət etməli, xoşagəlməz hadisələrin baş verməməsi üçün qabaqlayıcı tədbirlər görməlidirlər”.

Əvvəlki məqaləSülhməramlıların təminat avtomobilləri Xankəndi yolundan maneəsiz keçib
Növbəti məqalədə”Steroid istifadəçilərinin 25 faizi gələcəkdə narkotik maddə istifadəçisinə çevrilir”-AMADA-nın direktoru