Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin liderlərinin qeyri-rəsmi görüşü dekabrın 26-27-də Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək.
911.info.az bu barədə Rusiya mediasına istinadən xəbər verir. Qeyd edək ki, görüşün tarixi haqda MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev məlumat verib.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin dekabrın 9-da MDB liderlərinin görüşünün keçiriləcəyini elan etmişdi.