Azərbaycan Milli Antidopinq Agentliyinin direktoru Şəfəq Hüseynli “Narkotik və steroidlə mübarizə” adlı tədbirdə çıxışı edib. Çıxışı zamanı direktor bildirib ki:
“AMADA tərəfindən son 5 ildə idmançılar arasında aşkar edilən antidopinq qayda pozuntularının 56 faizi narkotik və steroidlərlə bağlıdır”.
Onun sözlərinə görə, 2017-2022-ci ildə idmançılar arasında AMADA tərəfindən aşkar edilən antidopinq pozuntularının 43 faizi streoidlər, 13 faizi narkotiklərin istifadəsi ilə bağlıdır.
”Aparılan beynəlxalq araşdırmalar əldə edilən rəqəmlər göstərir ki, dünyada steroidlərdən istifadə edənlərin 25 faizi gələcəkdə narkotik maddə istifadəçisinə çevrilir”.