Türkiyə Hərbi Hava Qüvvələri Yunanıstanın NATO təyyarələrinin uçuşuna mane olmasının qarşısını alıb.
Bu barədə məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb.
Məlumata əsasən, Yunanıstan ötən gün NATO “NEXUS ACE Ege” missiyası çərçivəsində Alyansın bir “E3-A AWACS” təyyarəsinin uçuşuna mane olmağa cəhd göstərib.
Bildirilib ki, “Package Arm” Egey dənizinin beynəlxalq hava məkanında uçarkən, Yunanıstana məxsus 5 fərqli hava bazasından havaya qalxan “F-16”lar radar kilidləri qoyaraq Türkiyə təyyarələrini sıxışdırıb. Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus 14 “F-16” qırıcısı, 1 “HİK”, 1 “KC-135” hava tankeri və 1 “CASA” axtarış-xilasetmə təyyarəsi vasitəsi ilə maneəni aradan qaldıraraq Yunanıstan tərəfinə cavab verib.
Yunanıstan təyyarələrinin NATO missiyasının qarşısını almaq cəhdlərinə baxmayaraq, “Paket Arm”dakı Türkiyə təyyarələri missiyanın uğurla başa çatması üçün uçuşlarını davam etdirib.