Ağdam rayonu Təzəkənd qəsəbəsində 1985-ci il təvəllüdlü Tünzalə İbadovanın qətlə yetirilməsinin təfərrüatları məlum olub.
Məlumata görə, rayon sakini 37 yaşlı Tünzalə İbadova 5 uşaq anası olub.
Onu öldürən həyat yoldaşı 1974-cü il təvəllüdlü Sahib İbadovun içki aludəçisi olduğu bildirilir.
Yaxınlarının sözlərinə görə Tünzalə İbadova sakit təbiətli olub.
Qeyd edək ki, ailənin böyük uşağının 12, balacasının 3 yaşı isə var.