Ev Hərbi Azərbaycan və Türkiyənin müdafiə nazirləri bir araya gəlib

Azərbaycan və Türkiyənin müdafiə nazirləri bir araya gəlib

31

Türkiyədə rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri cənab Hulusi Akar ilə görüşüb.


911.info.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, görüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib, bu istiqamətdə görülən işlərin daha da genişləndirilməsinin vacibliyi qeyd olunub.


İkitərəfli görüşdə hər iki qardaş ölkənin dövlət başçılarının səmimi münasibətlərinin digər sahələrə olduğu kimi hərbi əməkdaşlıq sahəsinə də müsbət təsir etdiyi xüsusi vurğulanıb.
Azərbaycan və Türkiyə Respublikaları arasında qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan əməkdaşlığın bundan sonra da müvəffəqiyyətlə inkişaf etdiriləcəyinə və möhkəmlənəcəyinə əminlik ifadə olunub.

Əvvəlki məqaləStatistika: Ötən ay beş ton narkotik dövriyyədən çıxarılıb
Növbəti məqalədəFövqəladə Hallar Nazirliyi tərəfindən növbəti qanunsuz tikintilərin qarşısı alınıb