Sabah Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək.
911.info.az bu barədə Rusiya Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Dekabrın 22-də Lavrovla Bayramov telefonla danışığı zamanı İrəvanın Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi üzrə dekabrın 23-də Moskvada keçirilməsi nəzərdə tutulan danışıqlarda iştirakdan imtina etməsindən təəssüfləndiklərini bildiriblər.