Ev İqtisadiyyat Aİ qazın qiymət tavanını təsdiq etdi

Aİ qazın qiymət tavanını təsdiq etdi

50

Avropa İttifaqı Şurası qazın dinamik qiymət tavanını 1 MVt/saat üçün 180 avro səviyyəsində təsdiqləyib. Qərar 2023-cü il fevralın 15-də qüvvəyə minəcək və bir il davam edəcək.

911.info.az News.ru-ya istinadən məlumat verir ki, yeni tədbirlər enerji təchizatının təhlükəsizliyini və maliyyə bazarlarının sabitliyini təmin etməklə yanaşı, Aİ-də dünya bazar qiymətlərini əks etdirməyən qazın qiymətinin qalxması hallarını məhdudlaşdırmaq məqsədi daşıyır.

Xatırladaq ki, hələ dekabrın 19-da Aİ ölkələri qazın qiymətinin məhdudlaşdırılması məsələsində razılığa gəliblər.

Əvvəlki məqaləAzərbaycan-Estoniya görüşünün vaxtı müəyyənləşdi
Növbəti məqalədəAzərbaycan Ordusunun mövqeləri atəşə tutulub