Bakı Apellyasiya Məhkəməsinin 3 hakimi vəzifəsindən azad olunub.
911.info.az xəbər verir ki, “Bakı Apellyasiya Məhkəməsi hakimlərinin təyin və vəzifədən azad edilməsi haqqında” layihə Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Sənədə əsasən, Kərimli İlham Əziz oğlu, Qasımov Faiq Adil oğlu və Məhərrəmova Şeyda Ədalət qızı Bakı Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilib.
Layihə səsverməyə çıxarılaraq təsdiqlənib.