Ev Cəmiyyət Ekofəalların Qarabağdakı aksiyasının on ikinci günü

Ekofəalların Qarabağdakı aksiyasının on ikinci günü

54

Şuşa-Xankəndi yolunda ekofəalların keçirdiyi aksiya artıq 12 gündür ki, yüksələn xətt üzrə davam edir.

Məlumata görə bu gün səhər saatlarında daha 100-dək ekofəal və gənc könüllülər aksiyaya qoşulub.

Ekofəallar və gənc könüllülər “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, “Берегите природу!” “Экоциду нет! Мониторингу да!” şüarlarını səsləndirirlər.

Qeyd edək ki, aksiyanın keçirildiyi yol humanitar məqsədlər üçün ilk gündən açıqdır.

Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlılar monitorinqin keçirilməsinə şərait yaratmayıblar.

Əvvəlki məqaləFHN radioloji fəaliyyətlə məşğul olan müəssisə və təşkilatlara müraciət etdi
Növbəti məqalədəUzunqulaq əti satmaq istəyən şəxs saxlanıldı