Ev Cəmiyyət FHN radioloji fəaliyyətlə məşğul olan müəssisə və təşkilatlara müraciət etdi

FHN radioloji fəaliyyətlə məşğul olan müəssisə və təşkilatlara müraciət etdi

40

Müasir texnologiyaların tətbiqinin genişlənməsi ilə tibb və sənaye müəssisələrində, habelə elmi-tədqiqat və təhsil ocaqlarında ionlaşdırıcı şüa mənbələrindən (rentgen diaqnostika və terapiya avadanlıqları, müxtəlif növ tədqiqat qurğuları və s.) istifadə halları da artır.

911.info.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin müraciətində deyilir. Bildirilir ki, ionlaşdırıcı şüa mənbələrindən müəyyən olunmuş təhlükəsizlik qaydalarına əməl edilmədən istifadə son nəticədə insan və ətraf mühit üçün təhlükə mənbəyinə çevrilir.

“Təəssüflə qeyd olunmalıdır ki, aparılan araşdırmalar nəticəsində bir sıra hallarda ionlaşdırıcı şüa mənbələrindən qanunvericiliyin, eləcə də müvafiq təhlükəsizlik qaydalarının tələbləri pozulmaqla istismarı hallarına yol verildiyi müəyyən edilib ki, bu da insan həyatı və sağlamlığı, habelə ətraf mühit üçün təhlükəli fəsadlar yaradır.

Bununla əlaqədar xatırladırıq ki, ionlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar fəaliyyətin təhlükəsiz şəkildə həyata keçirilməsinin təmin edilməsi üçün müvafiq qanunvericilik əsasında tənzimləmə və nəzarət tədbirləri həyata keçirilir”- deyə nazirliyin müraciətində bildirilir.

Əvvəlki məqaləAzərbaycan Ordusunun mövqeləri atəşə tutulub
Növbəti məqalədəEkofəalların Qarabağdakı aksiyasının on ikinci günü