2022-ci il dekabrın 1-nə qədər Azərbaycanın bank sektorunun aktivləri 45 490,1 milyon manat təşkil edib.
911.info.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən illə müqayisədə 27,5% çoxdur.
Bildirilir ki, bankların aktivlərinin 18 468,7 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 22,6% böyüyüb, kreditlərin aktivlərdəki payı isə 42,1%-dən 40,6%-ə kimi azalıb.
Hesabat dövründə, bank sektorunun öhdəlikləri 33% artaraq 39 970,3 milyon manata, o cümlədən depozit portfeli 36,6% artaraq 32860,8 milyon manata çatıb. Bunun 11339,8 milyon manatı fiziki, 21 520,9 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 29,8%, şirkətlərin banklardakı vəsaitləri isə 36 % artıb.
Son bir ildə bank sektorunun balans kapitalı isə 11,7 % artaraq 5,519 milyon manat təşkil edib.