Rusiyanın paytaxtı Moskva şəhərində hərbi hissənin ərazisində yerləşən tikililərdə yanğın başlayıb.
İlkin məlumata görə, yanğın hərbi hissənin avtomobil texnikasının saxlanması üçün nəzərdə tutulan bokslarda qeydə alınıb.
Yanğının təxminən 200 kvadratmetr sahəni əhatə etdiyi bildirilir.