Ev İdman Olimpiya çempionunda dopinq aşkarlandı

Olimpiya çempionunda dopinq aşkarlandı

42

Çinli ağır atlet Lyuy Syotsyunda dopinq aşkarlandığı üçün yarışdan kənarlaşdırılıb. 

Bu barədə Beynəlxalq Dopinq Test Agentliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Syotsyun oktyabrın 30-da dopinq testindən keçə bilməyib. Onun nümunəsində eritropoetin aşkar edilib.

Qeyd edək ki, bu maddə Ümumdünya Antidopinq Agentliyi tərəfindən qadağan edilib.

Xatırladaq ki, 38 yaşlı çinli ağır atlet 2012 və 2016 Olimpiya Oyunlarında 77 kiloqram çəki dərəcəsində qızıl medal qazanıb, 2021-ci ildə isə 81 kiloqram çəki dərəcəsində olimpiya çempionu olub.

Əvvəlki məqaləQarabağda fəaliyyət üzrə xammal və materiallar gömrük rüsumundan azad edilir
Növbəti məqalədə“Vüqar Həşimov Memorialı – 2022”yə bu gün yekun vurulacaq