Ev İqtisadiyyat Qarabağda fəaliyyət üzrə xammal və materiallar gömrük rüsumundan azad edilir

Qarabağda fəaliyyət üzrə xammal və materiallar gömrük rüsumundan azad edilir

43

“Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib.

911.info.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən dəyişikliyə əsasən işğaldan azad edilən ərazilərdə fəaliyyət üzrə xammal və materiallar gömrük rüsumundan azad edilir.

Qanun layihəsi ƏDV-nin məqsədləri üçün qeydiyyatda olan işğaldan azad edilmiş ərazilərin rezidentləri tərəfindən istehsal fəaliyyəti sahələri üzrə xammal və materialların idxalının 2023-cü il yanvarın 1-dən 10 il müddətinə gömrük rüsumlarından azad edilməsini nəzərdə tutur. Həmin xammal və materialların siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq ediləcəkdir.

Əvvəlki məqaləBakı Apellyasiya Məhkəməsinin hakimləri vəzifədən azad olunub
Növbəti məqalədəOlimpiya çempionunda dopinq aşkarlandı