Bakı Ağır Cinayətlər Məhkəməsinin iclas zalında ölüm hadisəsi baş verib.
Məlumata görə bu barədə dünyasını dəyişən Şəmil Qədimovun vəkili Adəm Məmmədov məlumat verib.
“Hüquqlarını müdafiə etdiyim Qədimov Şəmil Əli oğlu məhkəmə prosesi zamanı vəfat etdi”, – deyə o bildirib.
Qeyd edək ki, Şamil Qədimov dələduzluqda təqsirləndirilirdi.