Ev Cəmiyyət Tovuzda su arxının kənarında meyit aşkarlanıb

Tovuzda su arxının kənarında meyit aşkarlanıb

60

Tovuzda su arxının kənarından kişi meyiti tapılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun məlumatına görə, Tovuz rayon Polis Şöbəsinə rayonun Eyyublu kəndindəki su arxının kənarında kişi meyiti olması barədə məlumat daxil olub:

“Dərhal Tovuz rayon Polis Şöbəsinin və rayon Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. İlkin araşdırmalar nəticəsində meyitin kənd sakini, 35 yaşlı Zaur Əliyev olması müəyyən olunub. Üzərində gözlə görünən zorakılıq əlamətləri görünməyən cəsəd müvafiq ekspertizaya təqdim edilib, araşdırmalar davam etdirilir”.

Əvvəlki məqalə“Vüqar Həşimov Memorialı – 2022”yə bu gün yekun vurulacaq
Növbəti məqalədəDÇ-nin iştirakçıları üçün pul mükafatının məbləği açıqlandı