Bakıda keçirilən “Vüqar Həşimov Memorialı – 2022” VIII beynəlxalq şahmat turnirinə bu gün yekun vurulacaq.
Məlumata görə, hazırda özbəkistanlı Nodirbek Abdusattorov 20 xalla turnir cədvəlində liderliyini davam etdirir. İspaniya təmsilçisi Fransisko Valyexo Pons 16,5 xalla ikinci pillədə qərarlaşıb.
Şəhriyar Məmmədyarov, Rauf Məmmədov 15 xalla 3-4-cü, Rumıniya təmsilçisi Riçard Rapport, çinli Van Hao 14 xalla 5-6-cı pilləni bölüşürlər.
Qeyd edək ki, memorial qalibi rapid və blits yarışlarının yekun nəticələrinə görə müəyyənləşəcək.