Ev Cəmiyyət Aksiyanın 13-cü günü Qarabağda nə baş verir?

Aksiyanın 13-cü günü Qarabağda nə baş verir?

58

Şuşa-Xankəndi yolunda ekofəalların başlatdığı aksiya 13-cü günündədir. Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunun Xankəndiyə aid hissəsində Rusiya sülhməramlılarının postunda hərəkətlilik müşahidə olunur.

911.info.az AZƏRTAC-a istinadən xəbər verir ki, Rusiya sülhməramlıları sözügedən ərazidə qurduqları çadırları sökürlər. Məlumata görə, ərazidə quraşdırılmış konteynerlərin başqa yerə daşınacağı gözlənilir. Hazırda onlar bu istiqamətdə fəaliyyətlərini davam etdirirlər.

Hazırda Xankəndidən Laçın istiqamətinə Rusiya sülhməramlılarına məxsus səkkiz ədəd təminat və təchizat avtomobili keçib. Yol, humanitar məqsədlər üçün açıqdır.

Əvvəlki məqaləAzərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Naxçıvan ictimaiyyətinə təqdim edilib
Növbəti məqalədəAzad olunmuş ərazilərin ümumi planı hazırlanıb