İtaliyalı mütəxəssis Klaudio Ranyeri “Kalyari”nin baş məşqçisi işləməyə razılaşıb.
911.info.az xəbər verir ki, bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, dekabrın 20-də Fabio Liverani sardiniyalıların baş məşqçisi vəzifəsindən istefa verib.
Məlumata görə, 71 yaşlı italiyalı 2023-cü ilin yanvarında “qırmızı-göylər”ə başçılıq edəcək. Mütəxəssisin klubla müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.