Taliban hakimiyyəti Əfqanıstanda qeyri-hökumət təşkilatlarına qadınların işdən uzaqlaşdırılması əmrini verib.
Bu barədə “Reuters” “Taliban” hökumətinin İqtisadiyyat Nazirliyinin məktubuna istinadən məlumat yayıb. Məltubda bildirilir ki, buna səbəb bu QHT-lərdə işləyən bəzi qadınların “Taliban”ın irəli sürdüyü geyim qaydalarına əməl etməməsidir.
Qeyd edək ki, bu qərar Əfqanıstan Humanitar Yardım Koordinasiya Agentliyinə daxil olan təşkilatlara aiddir. Bu agentliyə 180-dən çox yerli və beynəlxalq qeyri-hökumət təşkilatı daxildir.