“İnanıram ki, biz düzgün istiqamətdə hərəkət edirik, biz öz milli maraqlarımızı, vətəndaşlarımızın, xalqımızın mənafeyini qoruyuruq. Bizim sadəcə olaraq vətəndaşlarımızı qorumaqdan başqa seçimimiz yoxdur”
911.info.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin “Rossiya-1” telekanalının efirində “Moskva.Kreml.Putin” proqramına müsahibəsində deyib.
“Rusiya Federasiyasının məqsədi rus xalqını birləşdirməkdir, Moskva həmişə bütün mübahisələri sülh yolu ilə, danışıqlar yolu ilə həll etməyə çalışıb”,- dövlət başçısı bildirib.
Eyni zamanda, Putin qeyd edib ki, Rusiya həmişə yaranan bütün mübahisələrin sülh yolu ilə, danışıqlar yolu ilə həllini təmin etməyə çalışıb.