Şimali Kipr Türk Respublikasında 18 bələdiyyə başçısı, 220 bələdiyyə məclisi üzvü, 240 muxtar və 960 ağsaqqallar şurası üzvü yerləri üçün seçkilər keçirilir.
911.info.az “Anadolu”ya istinadən xəbər verir ki, yerli vaxtla saat 08.00-da başlayan seçkilər 20.00-da başa çatacaq.
Ali Seçki Komissiyasının məlumatına görə, ölkə üzrə 768 seçki qutusunda səs verəcək seçicilər 6-sı qadın olmaqla 67 namizəd arasından 18 bələdiyyə sədrini seçəcək. Bildirilib ki, ölkədə 208 236 seçici qeydiyyatdadır.