Ev Cəmiyyət 11 dovşanı qanunsuz ovlayanlar saxlanıldı

11 dovşanı qanunsuz ovlayanlar saxlanıldı

45

Dovşan ilinin gəlişinə sayılı günlər qalarkən bu canlılara qarşı amansızlıq edən 3 nəfər saxlanılıb.

911.info.az xəbər verir ki, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz ovun və mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbirlər zamanı rayonun Orta Muğan kəndi ərazisində müvafiq icazə olmadan qanunsuz ov edən üç nəfər saxlanılıb.

Həmin şəxslərin Pərviz Astanov, Emin Əliyev və Əhliman Əliyev olduqları müəyyən edilib. Araşdırmalar zamanı onlardan 3 ədəd müvafiq sənədləri olmayan ov silahı və qanunsuz olaraq ovlanmış 11 ədəd dovşan aşkarlanaraq götürülüb.

Faktla bağlı Saatlı RPŞ-nin Təhqiqat Bölməsində araşdırmalar aparılır.

Əvvəlki məqaləŞuşa-Xankəndi yolunda keçirilən aksiyanın 15-ci günü
Növbəti məqalədəDTX Taleh Yusifovu Azərbaycana ekstradisiya etdi