Ev Cəmiyyət FHN yoxlama apardı: Mağaza bağlandı

FHN yoxlama apardı: Mağaza bağlandı

49

Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, ev 1, mənzil 46 ünvanında yerləşən “Xaos” kişi geyimləri mağazasında keçirilmiş yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

911.info.az Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir ki, yoxlama zamanı obyektin istismarının Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmaması, avtomatik yanğınxəbərverici siqnalizasiya qurğuları işlək vəziyyətdə olmaması, obyekt ilkin yanğınsöndürmə alət və vasitələrlə, odsöndürən balonlarla təmin olunmaması və digər bu kimi qaydapozuntuları aşkarlanıb.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, ev 1, mənzil 46 ünvanında yerləşən “Xaos” kişi geyimləri mağazasının fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub.

Əvvəlki məqaləÇelsinin oyunçusu karyerasını Şərqdə davam etdirəcək
Növbəti məqalədəXidmət haqlarının müəyyənləşməsi ilə bağlı qərar qəbul olundu