Ev Dünya İran vəzifəli şəxslərin ölkədən çıxışına qadağa qoyur

İran vəzifəli şəxslərin ölkədən çıxışına qadağa qoyur

36

İranda hakimiyyət vəzifəli şəxslərin ölkədən çıxışına qadağa qoyub.

911.info.az bu barədə  İran mediasına istinadən məlumat verir. Bildirilir ki, bununla bağlı İran parlamentində müzakirə aparılacaq. Gündəlikdə olan əsas mövzu İranda vəzifəli şəxslərin və bundan öncə səlahiyyət sahiblərinin ölkədən çıxışına qadağa qoyulması barədə layihənin müzakirəsidir.

Qeyd edək ki, İran rəsmilərinin ailələrinin ölkədən qaçması və onların bəzilərinin Londona yerləşməsi barədə məlumatlar yayılıb.

Əvvəlki məqaləQar Yaponiyada 17 nəfərin həyatına son qoydu
Növbəti məqalədəŞuşa-Xankəndi yolundakı aksiya 16-cı günündə