Ev İdman Premyer Liqada mövsümün növbəti rekordu

Premyer Liqada mövsümün növbəti rekordu

45

Futbol üzrə Azərbaycan Premyer Liqasında mövsümün rekordu təkrarlanıb. Bu, XVIII turda üç böyükhesablı nəticənin qeydə alınması sayəsində mümkün olub.

911.info.az xəbər verir ki, “Neftçi” “Şamaxı” ilə ev, “Qarabağ” “Səbail”lə səfər oyununda 3 cavabsız qolla qalib gəlib. “Sumqayıt”ın qonağı olan “Sabah” isə 0:6 hesabı ilə qələbə qazanıb.

Bu, mövsümdə ikinci belə hadisədir. Yalnız XII turda belə nəticələr qeydə alınıb. “Kəpəz” “Səbail”i, “Neftçi” “Zirə”ni üç, “Qarabağ” “Şamaxı”nı 4 cavabsız qolla üstələyib.

Qeyd edək ki, cari mövsümdə ümumilikdə 16 qarşılaşmada üç və ya daha çox top fərqi qeydə alınıb.

Əvvəlki məqaləHəftənin ikinci gününə olan hava proqnozu açıqlandı
Növbəti məqalədəSalyanda 18 yaşlı qız yoxa çıxdı