Yaponiyada güclü qar 17 nəfərin ölümünə səbəb olub.
911.info.az xarici mətbuata istinadən xəbər verir ki, güclü qarın yağması nəticəsində 90-dan çox insan xəsarət alıb. Hava şəraiti ilə əlaqədar onlarla təyyarə reysi və qatarın uçuş və hərəkət vaxtı ləğv edilib.
Xatırladaq ki, Yaponiyanın şimalında güclü qar ötən həftədən etibarən yağmağa başlayıb. Nəticədə onlarla təyyarə və qatar reysləri ləğv edilib, yüzlərlə avtomobil yollarda qalıb.