Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası artıq 15 gündür davam edir.
Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 2 ədəd təminat avtomobilinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
Bununla da, Rusiya sülhməramlıları və Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinə (BQXK) məxsus ümumilikdə 11 avtomobil maneəsiz hərəkət edib.
Qeyd edək ki,yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.