Telekanallara maliyyə yardımı edilməyəcək.
911.info.az xəbər verir ki, bu barədə Audiovizual Şuranın sədri İsmət Səttarov ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.
O bilidirib ki: “Bu il telekanalların borcları olmadığını üçün onlara heç bir kanala maliyyə yardımı edilməyəcək”.
Şura sədri həmçinin əlavə edib ki, bu ildən fəaliyyətə başlayan yeni reytinq ölçülməsi sistemi işini davam etdirir: “Bu işə özəl investorlar da cəlb olunub. Hazırda kanallardan məlumatlar gəlir. Çünki hər zaman Azərbaycan televiziyalarına baxılır ya yox sualı ortaya çıxırdı. Sosial medialarda bəzən tənqidi yazılar dərc olunurdu. Ən çox reklam da məhz televiziyalara gedirdi. Artıq ilkin rəqəmlər var. Hər kəs hansı televiziyaya nə qədər insanın baxması barədə məlumat əldə edə bilər. Keçən həftənin nəticəsinə görə Azərbaycan televiziyasına 5 milyon 251 min adam baxıb. Ortalama 4 saat ərzində baxılıb”.