“Bizim bölmələrimiz əllərində silahla ora gedəcəklər”.
911.info.az UNIAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov deyib.
O bildirib ki, güc tətbiq etmədən Krımı azad etmək mümkün deyil: “Krımı güc və diplomatiya yolu ilə azad edəcəyik”.
K.Budanovun sözlərinə görə, Ukrayna 1991-ci il sərhədlərini bərpa edəcək.
Qeyd edək ki, Krım 2014-cü ildə Rusiya tərəfindən ilhaq edilib.