Lənkəranda binada yanğın baş verib.
911.info.az Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir ki, hadisə rayonun Girdəni kəndi ərazidə yerləşən iki mərtəbəli, 8 mənzilli yaşayış binasında olub.
Hadisə yerinə yanğınsöndürən texnika və şəxsi heyət cəlb olunub.Bina sakinlərinin təxliyyəsinə ehtiyac olmayıb.
Zümrüd Mahmudağa qızı Salayevaya məxsus mənzildə baş verən yanğının genişlənməsinin və ətrafa yayılmasının qarşısı alınıb.
Məlumata görə hadisə zamanı mənzildə heç kim olmayıb.
Yanğının elektrik avadanlığında baş verdiyi ehtimal edilir. Faktla bağlı araşdırma aparılır.