Şuşa-Xankəndi yolunda ekofəallaın dinc aksiyası 16 gündür davam edir.
911.info.az xəbər verir ki, nəqliyyat vasitələrinin Xankəndindən Laçın istiqamətinə maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.
Belə ki, Rusiya sülhməramlılarına məxsus daha 2 ədəd təminat və təchizat avtomobilinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
Yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.
Qeyd edək ki, ötən gün hər iki istiqamətdə Rusiya sülhməramlılarına məxsus ümumilikdə 14 avtomobil maneəsiz hərəkət edib.