Ərəbistan yarımadasına, Küveyt və Səudiyyə Ərəbistanının bəzi bölgələrinə qar yağıb.
911.info.az xəbər verir ki, Orta Şərqdə nadir görünən bu təbiət hadisəsi sosial mediada gündəm olub.
Səudiyyə Ərəbistanının Təbuk bölgəsində soyuq hava dalğası səbəbilə Hakl şəhərinin Cəbəl Əl-Lövz dağları bölgəsinə qar yağıb. Ölkənin bir çox yerindən insanlar bölgəyə axışıblar. Bəzi vətəndaşlar qar yağmasını rəqs edərək qeyd ediblər.
Səudiyyə Ərəbistanı Böhran və Fəlakətlərin İdarə Edilməsi Mərkəzi vətəndaşları krallığın müxtəlif bölgələrində kəskin hava şəraiti ehtimalına qarşı diqqətli olmağa çağırıb.