Üç ildən çoxdur fəaliyyət göstərən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi 2022-ci ilin yekunlarına dair heasabat verib.
911.info.az xəbər verir ki, bu müddət ərzində görülən işlər barədə mərkəzin keçirdiyi mətbuat konfransında məlumat verilib.
Mərkəzin Mətbuat Xidmətinin rəhbəri Məlahət Nəcəfova bilirib ki: “Mərkəzin məhsulları Azərbaycan-Ermənistan sülh prosesi başda olmaqla yanaşı, regionda nəqliyyat və enerji layihələrini, ikitərəfli əməkdaşlıq əlaqələrini, Azərbaycanın beynəlxalq təşkilatlarda iştirakını, dünyada baş verən siyasi prosesləri və bu proseslərin Azərbaycana təsirlərini əhatə edib. Ümumi məqsəd Azərbaycan həqiqətlərini öz dillərində xarici auditoriyaya çatdırmaqdan ibarət olub. İl ərzində mərkəz əməkdaşları tərəfindən 200-ə yaxın arayış və təhlil hazırlanıb. Mərkəz əməkdaşları tərəfindən ingilis dilində “Ermənistanda oliqarx sistemi və diaspor maqnatlarının təsiri”, “Azərbaycanın bloklara qoşulmaması”, “İkinci Qarabağ müharibəsinin beynəlxalq mediada işıqlandırılması”, “Azərbaycanın səsinin boğulması”, “Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin 2021-ci üzrə İllik Hesabatı” və rus dilində “Rusiyada erməni diasporu: İkinci Qarabağ müharibəsi və onun nəticələri” adlı hesabat yazılıb”.
Mərkəzin sədri Fərid Şəfiyev Ermənistan-Azərbaycan münasibətlərindən danışarkən qeyd edib ki:
“Ermənistan rəhbərliyi elə fon yaradırdı ki, guya Rusiyadan asılı deyil. Belə demək mümkünsə, Ermənistan iki stulda oturmağa çalışırdı”.