İranda hakimiyyətə qarşı etiraz aksiyaları artıq 100 gündür davam edir.
911.info.az “Caliber”ə istinadən xəbər verir ki, davam edən etirazlar nəticəsində bu günə qədər 500-dən artıq etirazçı həlak olub, 18 mindən çox iranlı həbs edilib.
Bildirilir ki, rejimin dərin sosial qarşıdurmaları həll etməyə mexanizmləri mövcud deyil. Bu isə etirazların təkrar-təkrar baş qaldıracağı deməkdir. Hakimiyyət nümayişləri hansısa müddətdə yatıra bilər, lakin rejimdən qopan əhalinin müqavimətini sındırmaq mümkün olmayacaq.