Ev Cəmiyyət Mercedes iki avtomobillə toqquşdu, piyada öldü

Mercedes iki avtomobillə toqquşdu, piyada öldü

44

Dekabrın 28-də gecə saatlarında Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

911.info.az bu barədə Daxili İşlər Nazirliyinə istinadən məlumat verir. Bildirilir ki, Gəncə şəhərinin Yeni Gəncə qəsəbəsi ərazisində şəhər sakini H.Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə yüksək sürətlə hərəkətdə olarkən “VAZ-2106” və “Daewoo” markalı iki avtomobillə toqquşub, sonra isə yolu keçən şəhər sakini R.Musayevi vurub.

Nəticədə xəsarət alan piyada xəstəxanaya aparılarkən yolda ölüb, H.Məmmədov isə xəstəxanaya yerləşdirilib.  
Faktla bağlı araşdırma aparılır.

Əvvəlki məqaləBeynəlxalq Münasibətlərin Təhlili Mərkəzi hesabat verdi
Növbəti məqalədəAzərbaycan bu ölkəyə yeni səfir təyin etdi