Qətərdə keçirilən dünya çempionatının qalibi olan Argentina millisi turnir zamanı Qətər Universitetinin kampusunda yerləşib.
Komandanın lideri Lionel Messi B201 nömrəli otaqda qalıb. Otağın qapısında “L. Messi” yazılıb.
Məlumatına görə, universitet rəhbəliyi bu otağı mini muzeyə çevriəcək. Ziyarətçilər argentinalı ulduzun hansı şəraitdə yaşadığını dəqiq görmələri üçün otağın interyeri heç bir şəkildə dəyişdirilməyəcək.